Britaniya səfirliyi fəallara və jurnalistlərə qarşı zorakılığı araşdırmağa çağırıb

Britaniya səfirliyi fəallara və jurnalistlərə qarşı zorakılığı araşdırmağa çağırıb
16 May 2022
Mətni dəyiş

Böyük Britaniya səfirliyi fəallara və jurnalistlərə qarşı zorakılığı araşdırmağa çağırıb. Bu barədə çağırış səfirliyin Facebook səhifəsində paylaşılıb. 

Mayın 14-də Bakıda dinc etiraz aksiyasının iştirakçılarına qarşı zorakılıq və jurnalistlərlə ictimai fəallara təzyiqlə bağlı Böyük Britaniyanın Azərbaycandakı səfirliyi Azərbaycanda dinc etiraz hüququnu şübhə altına alıb.

«Dinc etiraz hüququ və müstəqil media azad cəmiyyətin sütunlarıdır. Mayın 14-də dinc etiraz aksiyasının dağıdılması, Bəxtiyar Hacıyev və Aytən Məmmədova kimi bloger və jurnalistlərin son zamanlar məruz qaldığı zorakılıq hadisələri bu hüquqların müdafiəsini sual altına qoyur. Bütün zorakılıq iddiaları hərtərəfli araşdırılmalıdır", - səfirliyin Facebook səhifəsində dərc olunmuş press-relizdə deyilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun