Aİ-nin diplomatı İrandan qayıdarkən Almaniyada saxlanılıb

Aİ-nin diplomatı İrandan qayıdarkən Almaniyada saxlanılıb
13 May 2022
Mətni dəyiş

Avropa İttifaqının Xarici Siyasət Xidmətinin baş katibinin müavini, Enrik Mor Tehrandan qayıdarkən Almaniyanın Frankfurt hava limanında saxlanılıb.

Bunu E.Mor tviterdə yazıb.

Mor bildirib ki, o, Almaniyanın Frankfurt hava limanında saxlanılıb və heç bir izahat verilməyib. Mor bildirib ki, saxlanılan zaman onun cib telefonu və pasportu da alınıb.

Bir müddət saxlanıldıqdan sonra polis E.Moru sərbəst buraxıb. “İki həmkarım-Avropa İttifaqının Vyanada BMT yanında daimi nümayəndəsi və Avropa İttifaqının Xarici Siyasət Xidmətinin İran üzrə İşçi Qrupunun başçısı ilə birlikdə sərbəst buraxılmışıq”, - o vurğulayıb.

Əlaqələndiricinin sözlərinə görə, rəsmilər onlara saxlanılmaları ilə bağlı hər hansı açıqlama verməkdən imtina ediblər: “Bu, Vyana konvensiyasının pozulmasıdır”.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun