Ağdam sakini hərbi sursat partlaması nəticəsində xəsarət alıb

Ağdam sakini hərbi sursat partlaması nəticəsində xəsarət alıb
12 May 2022
Mətni dəyiş
Ağdam sakini hərbi sursatın partlaması nəticəsində xəsarət alıb. Mayın 12-si saat 16 radələrində Ağdam rayonu ərazisində 1982-ci il təvəllüdlü Rəşad Bəxtiyarovun çoxsaylı qəlpə yarası alması barədə rayon prokurorluğuna məlumat daxil olub. Ağdam rayon prokurorluğundan verilən xəbərə görə, aparılmış araşdırmalarla kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan Rəşad Bəxtiyarovun rayonun Çəmənli kəndi ərazisində silah sursatın partlaması nəticəsində aldığı ağır dərəcəli bədən xəsarətlərindən ölməsi müəyyən edilib. Hazırda faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun