Rusiya 398 ABŞ konqresmeninə və 87 Kanada senatoruna qarşı sanksiya tətbiq edib

Rusiya 398 ABŞ konqresmeninə və 87 Kanada senatoruna qarşı sanksiya tətbiq edib
14 Aprel 2022
Mətni dəyiş
Rusiya Xarici İşlər Nazirliyi Dövlət Dumasının deputatlarına qarşı tətbiq edilən sanksiyalara cavab olaraq ABŞ Konqresinin Nümayəndələr Palatasının 398 üzvünə Rusiyaya girişi qadağan etdiyini açıqlayıb. Nazirlik qeyd edib ki, əvvəllər tətbiq edilən viza məhdudiyyətlərini nəzərə alaraq, Rusiyanın “stop siyahısı”na bütün ABŞ konqresmenləri daxildir. Eyni zamanda Xarici İşlər Nazirliyi Rusiya senatorlarına qarşı tətbiq edilən sanksiyalara cavab olaraq Kanada Senatının 87 üzvünə də oxşar məhdudiyyətlər tətbiq etdiyini açıqlayıb. Bir müddət əvvəl Rusiya Ukraynadakı müharibəyə görə Qərbin tətbiq etdiyi sanksiyalara cavab olaraq ABŞ prezidenti Co Bayden, Kanadanın baş naziri Castin Trüdo və iki ölkənin digər yüksək rütbəli rəsmiləri və parlamentarilərinə viza məhdudiyyəti tətbiq edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun