Polşa “Rosneft”in rəhbəri Seçin və milyarder Deripaskaya qarşı sanksiyalar tətbiq edib

Polşa “Rosneft”in rəhbəri Seçin və milyarder Deripaskaya qarşı sanksiyalar tətbiq edib
26 Aprel 2022
Mətni dəyiş
Polşa Daxili İşlər Nazirliyi “Wildberries” şirkətinin təsisçisi Tatyana Bakalçuk, “Rosneft”in rəhbəri İqor Seçin və milyarder Oleq Deripaskanın da yer aldığı 50 rus fiziki və hüquqi şəxsin sanksiya siyahısını hazırlayıb. Sənəd hökumətin saytında dərc olunub. Sanksiyalar həmçinin ˝Alfa Group˝-un ortağı Mixail Fridman, ˝Safmar˝ qrupunun təsisçisi Mixail Qutseriyev, onun qardaşı Sait-Salam Qutseriev, ˝Kaspersky˝-nin baş direktoru Yevgeni Kasperski, ˝EuroXim˝ və ˝SUEK˝-in keçmiş sahibi Andrey Melniçenko, onun həyat yoldaşı, "Renov" qrupunun təsisçisi Viktor Vekselberq və Dövlət Dumasında "Yeni İnsanlar" fraksiyasının rəhbəri Aleksey Neçaevə qarşı da tətbiq edilib. Sanksiya siyahısına "Qazprom", "Novatek", "Akron", "KamAZ", "Kaspersky Lab", "Wildberries", "SUEK Polska", "Severstal Distribution", "PhosAgro" və "Belorusneft" kimi onlarla şirkət daxildir. Bundan əvvəl Polşa “yaxın aylarda” Rusiyadan kömür və qaz tədarükündən imtina edəcəyinə söz verib, həmçinin diplomatik statusu olan 45 rusiyalını və onlarla əlaqəli şəxsləri casusluqda şübhəli bilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun