Gürcüstan hökuməti 800 ailə üçün kənddən ev alacaq

Gürcüstan hökuməti 800 ailə üçün kənddən ev alacaq
26 Aprel 2022
Mətni dəyiş
Abxaziya və Sxinvali bölgəsindən olan 800-ə yaxın qaçqın ailəsi kənd yerlərində ev sahibi olmaq üçün dövlət yardımı alacaq. Bu barədə Gürcüstanın Məskunlaşma, Ekomiqrasiya və Gəlir Mənbələri üzrə Agentliyi məlumat yayıb. Ev alacaq ailələrin siyahısı artıq məskunlaşma agentliyinin saytında dərc olunub. Altı ay ərzində məcburi köçkün ailələri Gürcüstanın istənilən bölgəsində ev seçə bilərlər. “Kənddə ev” layihəsi çərçivəsində məcburi köçkün ailələri ev alacaq. Agentlikdən verilən məlumata görə, məcburi köçkünlərin mənzillə təmin olunması prosesini sürətləndirmək üçün hər ay komissiyanın iclasları keçirilir. 2022-2024-cü illərdə “Kənddə ev” layihəsi çərçivəsində 6000-ə yaxın məcburi köçkün ailəsi yeni yerlərdə məskunlaşacaq. Bu günə qədər Gürcüstanda 286,8 min nəfər məcburi köçkün statusuna malikdir ki, bu da 90 mindən çox ailə deməkdir. Tiflisdə ümumilikdə 37,8 min məcburi köçkün ailəsi yaşayır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun