Ekspert: "Sosial evlər lotoreya ilə deyil, növbəlilik əsasında

Ekspert: "Sosial evlər lotoreya ilə deyil, növbəlilik əsasında
7 Aprel 2022
Mətni dəyiş

Martın 30-da Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən inşa olunan Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsindəki mənzillərin seçimi baş tutub.

Qurumdan verilən məlumata görə, kompleksin ikinci mərhələsinin ümumilikdə 442 mənzilinin ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə güzəştlə satışı prosesi və mənzillərin seçimi qısa müddətdə uğurla başa çatdırılıb.

Agentlik 442 mənzilin seçimində 8 939 nəfərin iştirak etdiyini, 257 mənzillə bağlı vətəndaşlar tərəfindən imzalanmış ərizələrinin təqdim edildiyini bildirib.

Amma mənzillərin satışa çıxarılması ilə satılması cəmi 4-5 saniyə çəkib.

Mənzillərin yüksək sürətlə satılması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bir neçə saniyə ərzində 500-ə yaxın mənzilin satılmasının mümkün olmaması qeyd edilib.

İddia olunur ki, seçilən mənzillər əvvəlcədən proqramlaşdırılmış formada saxlanılır və sonradan gözləmə bölümündə xüsusi şəxslərə 5-7-10 min civarında satılır.

Mənzil İnşaatı Dövlət Agentliyinin bundan əvvəl də satışa çıxardığı sosial evlərlə bağlı şikayətlər olub. Yaşayış kompleklərinin satışı mərhələli şəkildə həyata keçirilsə də, xeyli vətəndaş sosial evlərdən mənzil əldə edə bilmir. Əsas narazılıq evlərin təklif edilməsində irəli sürülən şərtlərin əlverişli olmaması, sosial evlərin kirayə təklif edilməsi halları və onlayn satış sistemindəki problemlərdir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun