DİN: "Blogerin cangüdəni 15 sutka həbs olunub"

DİN: "Blogerin cangüdəni 15 sutka həbs olunub"
18 Aprel 2022
Mətni dəyiş

Bakıda ticarət mərkəzində bloger Hüseyn Həsənovun şəhər sakinlərilə görüşü əks olunan videogörüntülərdə bir nəfərin kəmər ilə səhnəyə vurması görünür.

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, həmin şəxs müəyyən edilərək saxlanılıb.

"Bakı şəhər sakini olan Arif İbrahimov izahatında bildirib ki, o, kəməri insanlara deyil, yalnız səhnəyə vurub. Buna baxmayaraq, A.İbrahimov inzibati qaydada 15 sutka həbs olunub. Hazırda hadisənin baş verdiyi obyektin məsul şəxsləri barədə araşdırmalar aparılır və nəticəsindən asılı olaraq müvafiq tədbirlər görüləcəkdir", - məlumatda qeyd olunub.

Aprelin 17-də bloger Hüseyn Həsənovun fanatları ilə görüşü zamanı izdiham yaşanıb. Mühafizəçiləri onu səhnədən çətinliklə uzaqlaşdıra biliblər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun