Britaniya Tinkov və Abramoviçin biznes tərəfdaşına qarşı nəqliyyat sanksiyalarını ləğv edir

Britaniya Tinkov və Abramoviçin biznes tərəfdaşına qarşı nəqliyyat sanksiyalarını ləğv edir
26 Mart 2022
Mətni dəyiş
Böyük Britaniya hakimiyyəti ˝Tinkoff Bank˝ təsisçisi Oleq Tinkov və “Millhouse” investisiya şirkətinin rəhbəri və milyarder Roman Abramoviçin biznes tərəfdaşı Yevgeni Şvidlerə qarşı sanksiyalara aydınlıq gətirib. Bu barədə məlumat sanksiyaların yenilənmiş siyahısında yer alıb. Sənədə əsasən, Britaniya hakimiyyəti Tinkov və Şvidlerin adlarının yanında nəqliyyat sanksiyalarının qeyd olunmasını aradan qaldırıb. Bu məhdudiyyətlər biznes jetləri və yaxtalarının saxlanması, habelə limanlara giriş, hava məkanında uçmaq və Böyük Britaniya hava limanlarına eniş qadağası ilə hədələyirdi. Sanksiyalar tətbiq olunduqdan bir gün sonra düzəldilib. Tinkov və Şvidlerdən başqa, martın 24-də ˝Sberbank˝ rəhbəri German Qref, onun müavini Lev Xasis, Rusiya Federasiyası baş nazirinin müavini Yuri Trutnev və başqaları da Britaniyanın məhdudiyyətləri altına düşüb. Ümumilikdə yeni siyahıya 33 fiziki şəxs və 26 təşkilat daxildir. Onların aktivləri dondurulur. Böyük Britaniya, ABŞ, Avropa İttifaqı və bir sıra digər dövlətlər Rusiyaya qarşı bir neçə dəfə sərt sanksiyalar tətbiq ediblər. Məhdudiyyətlər Rusiyanın Ukraynaya müdaxiləsinə cavab idi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun