Azərbaycan Ermənistana 5 maddəlik normallaşma sənədi təqdim edib, cavab gözləyir

Azərbaycan Ermənistana 5 maddəlik normallaşma sənədi təqdim edib, cavab gözləyir
12 Mart 2022
Mətni dəyiş

Azərbaycan Ermənistana 5 maddəlik normallaşma sənədi təqdim edib. Bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov danışıb.  Nazir bildirib ki, hazırda Ermənistan tərəfindən cavab gözlənilir.

Nazir əlavə edib ki, Azərbaycan tərəfi keçmişin bütün çətinliklərinə və problemlərinə baxmayaraq Ermənistanla münasibətlərin normallaşmasının tərəfdarıdır.

“Bir ilə yaxındır ki, Ermənistan tərəfindən bizim təklifimizə heç bir cavab verilmir. Azərbaycan tərəfi öz xoşməramlılığını göstərmək üçün bu yaxınlarda Ermənistana yeni təkliflə çıxış edib. Əgər Ermənistan artıq atəşkəs üzərində işləməyə hazır olmadığını düşünsə, təklif çox əhatəli sənəd ola bilər, çünki biz Ermənistan tərəfinə mahiyyətcə ölkələr arasında münasibətlərin normallaşdırılmasını özündə ehtiva edən bəzi əsas prinsipləri təklif etmişik. Son günlərdə Azərbaycan-Ermənistan arasında atəşkəsin pozulması intensiv hal alıb. Tərəflər pozuntuda bir-birlərini ittiham edirlər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun