Almaniya vətəndaşlarına 15 milyard avroluq dəstək paketi elan edib

Almaniya vətəndaşlarına 15 milyard avroluq dəstək paketi elan edib
25 Mart 2022
Mətni dəyiş

Koronavirus (Covid-19) epidemiyasından sonra Rusiya-Ukrayna gərginliyi də Qərb ölkələrinin iqtisadi yükünü artırıb. Xüsusilə qaz və qida qiymətlərindəki artım Avropa əhalisinin büdcəsinə ciddi təsirlər göstərir. 

Almaniya bu problemlərin həllinə dəstək vermək məqsədi ilə 15 milyardlıq dəstək paketi elan edib. Yeni paketlə hər vergi ödəyicisinə birdəfəlik 300 avro ödəniləcək, uşaqpulu alan ailələrə hər uşağa görə birdəfəlik 100 avro əlavə dəstək veriləcək, hər kəs üçün dizel yanacağının 1 litrinə 14 sent, benzin yanacağının 1 litrinə 30 sent endirim ediləcək, ictimai nəqliyyatda abunəlik bileti 9 avro dəyərində olacaq. Almaniya Federal hökuməti bu istiqamətdə yeni addımların da atılacağını bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun