Moldova da Azərbaycan qazı almaq istəyir

Moldova da Azərbaycan qazı almaq istəyir
9 Fevral 2022
Mətni dəyiş

Moldovanın baş nazir müavini, xarici işlər və Avropa inteqrasiyası naziri Niku Popesku Azərbaycan XİN başçısı Ceyhun Bayramovun dəvəti ilə Azərbaycana işgüzar səfər edib.

Moldova XİN-in məlumatına görə, iki günlük səfər zamanı "Azərbaycanla Moldova arasında "Cənub Qaz Dəhlizi"nin strateji vacibliyi kontekstində ticari-iqtisadi, investisiya və enerji sahələrində əməkdaşlığın möhkəmləndirilməsi məsələləri" müzakirə olunacaq.

Səfər proqramına prezident İlham Əliyev və kənd təsərrüfatı naziri İnam Kərimovla görüş də daxildir.

Fevralın 9-da səhər iki ölkə XİN-in nümayəndə heyətlərinin görüşündən sonra Popesku və Bayramov mətbuat konfransı keçirəcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun