ATƏT–in mətbuat azadlığı üzrə koordinatoru Bakıda reportyora təzyiq faktını pisləyib

ATƏT–in mətbuat azadlığı üzrə koordinatoru Bakıda reportyora təzyiq faktını pisləyib
18 Fevral 2022
Mətni dəyiş

Cümə axşamı ATƏT–in mətbuat azadlığı üzrə koordinatoru Tereza Riberio Bakıda küçə aksiyasının işıqlandırılması zamanı reportyor Fatimə Mövlamlıya təzyiq faktını pisləyib.

“Fevralın 15-də Azərbaycanda polisin Fatimə Mövlamlıya və digər mətbuat işçilərinə qarşı zorakılığı barədə məlumat qəbuledilməzdir. Jurnalistlər təhlükəsiz şəraitdə işləmək imkanına malik olmalıdırlar. Ümid edirəm ki, hakimiyyət operativ araşdırma aparacaq", - o, Tvitter hesabında yazıb.

Fevralın 15-də jurnalist Fatimə Mövlamlı Daxili İşlər Nazirliyinin 9-cu polis bölməsində döyüldüyünü bildirib. Mövlamlının sözlərinə görə, polislər onun gödəkcəsini də cırıblar.

"Bizi Prezident Administrasiyasının qarşısında saxladılar. Mobil telefonları almaq istədilər və çəkilişi silməyi tələb etdilər. 9-cu bölmədə çavuşlar rəhbərliyin gözləri qarşısında məni iki dəfə döşəməyə yıxaraq vurmağa başladılar. Ayağımda ayaqqabının izləri qaldı. Onlar mənim gödəkcəmi cırdılar", - o deyib.

Daxili İşlər Nazirliyində Mövlamlının bəyanatını "əsassız" adlandırıblar. Ancaq Nazirliyin sonradan verdiyi məlumatda bildirilib ki, Fatimə Mövlamlıya qarşı zorakılıq edən polis əməkdaşları vəzifələrindən kənarlaşdırılıblar.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun