Rusiya və Çin BMT-nin Maliyə yeni sanksiyaları dəstəkləyən bəyanatına veto qoyub

Rusiya və Çin BMT-nin Maliyə yeni sanksiyaları dəstəkləyən bəyanatına veto qoyub
12 Yanvar 2022
Mətni dəyiş
Rusiya və Çin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) Malidəki hərbi idarəetməyə qarşı yeni sanksiyaların tətbiqini dəstəkləyən bəyanatını seçkiləri 2026-cı ilə qədər təxirə salması səbəbi ilə bloklayıb. Keniyanın BMT-dəki səfiri Martin Kimani bildirib ki, Mali administrasiyasına sanksiya tətbiq etmək qərarına gələn Qərbi Afrika Ölkələri İqtisadi Birliyinin (ECOWAS) qərarını dəstəkləmək üçün Fransanın təqdim etdiyi bəyannamənin BMT Təhlükəsizlik Şurasında yayımlanmasına Rusiya və Çin tərəfindən veto qoyulub. “BMT Təhlükəsizlik Şurasının Mali üçün hətta yumşaq bir qətnaməni yayımlamasına maneə törədilməsindən çox məyus oldum” Kimani deyib. O bildirib ki, BMT Təhlükəsizlik Şurasının üzvləri Keniya, Qabon və Qana bu vetoya etiraz edib. Malidəki keçid hökuməti yanvarın 2-də ölkədə ən yaxşı seçki şəraitinin yaradılması üçün ECOWAS-a 5 illik keçid dövrü təklif etdiyini açıqlayıb. ECOWAS isə 2022-ci ildə keçirilməsi planlaşdırılan seçkilərin tarixinin gecikdirilməsinin "qəbuledilməz" olduğunu və hərbi idarəetməyə qarşı bir sıra sanksiyalar tətbiq etdiyini açıqlayıb. ECOWAS liderləri Mali ilə bütün sərhədlərini bağlayaraq ona qarşı iqtisadi sanksiyalar tətbiq etməyə razılaşdıqlarını elan ediblər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun