Paşinyan Naxçıvana dəmir yolunun çəkilməsi üçün işçi qrupu yaradıb

Paşinyan Naxçıvana dəmir yolunun çəkilməsi üçün işçi qrupu yaradıb
15 Yanvar 2022
Mətni dəyiş

Ermənistanın baş naziri Nikol Paşinyanın qərarı ilə yanvarın 14-də Meqri hissəsində dəmir yolunun tikintisi üçün işçi qrup yaradılıb. Bu barədə cümə günü Ermənistan KİV məlumat yayıb.

Baş nazirin müşaviri, Ermənistanın İrandakı keçmiş səfiri Artaşes Tumanyan işçi qrupunun rəhbəri təyin edilib.

Dekabrın 16-da Paşinyan Azərbaycan prezidenti İlham Əliyevlə Brüsseldə görüşdə Ermənistanın Sünik bölgəsindən keçməklə Azərbaycandan Naxçıvana dəmir yolunun çəkilməsinə dair razılaşmanı təsdiqlədiklərini bəyan edib.

“Brüsseldə keçirilən görüşdə biz Yerasx-Culfa-Ordubad-Meğri-Horadiz dəmir yolunun tikintisi ilə bağlı razılaşmanı təsdiqlədik”, - Paşinyan hökumətin iclasında deyib.

O qeyd edib ki, dəmir yolu beynəlxalq sərhəd və gömrük qanunları əsasında fəaliyyət göstərəcək, Ermənistan bu dəmir yolu vasitəsilə İran və Rusiyaya, Azərbaycan isə Naxçıvana çıxış əldə edəcək.

Paşinyan "Türkiyə ilə dialoq qurmaq və sərhədlərin, kommunikasiyaların açılmasına nail olmaq mümkün olsa, bu, Yeraşxdan Gümrüyə, Gümrüdən Qarsa gedən dəmir yolundan istifadəyə imkan verəcək” deyə bildirib.

Onun sözlərinə görə, bu layihənin həyata keçirilməsi regionda iqtisadi, investisiya, siyasi mühiti əhəmiyyətli dərəcədə dəyişəcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun