Nazarbayev Nur-Sultandadır, Tokayevin ətrafında sıx birləşməyə çağırır

Nazarbayev Nur-Sultandadır, Tokayevin ətrafında sıx birləşməyə çağırır
8 Yanvar 2022
Mətni dəyiş

Qazaxıstanda etirazlar başladıqdan sonra hadisələrə heç bir reaksiya verməyən keçmiş prezident Nursultan Nazarbayev xalqı hazırkı prezident Kasım-Jomart Tokayevin ətrafında sıx birləşməyə çağırıb. 

Bu barədə keçmiş prezidentin mətbuat katibi Aydos Ukibay məlumat yayıb.

Ukibay bildirib ki, sabiq prezidentlə bağlı deyilənlər həqiqəti əks etdirmir: “Elbası hazırda Nur-Sultandadır. Xahiş edirəm yalan və spekulyativ məlumatlar yaymayın. Elbası bir sıra məşvərətçi görüşlər keçirir və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə birbaşa təmasdadır”, - o vurğulayıb.

Yanvar ayının əvvəllərindən Qazaxıstanda hökumət əleyhinə etirazlar başlayıb. Etirazçılar qazın qiymətinin artımına qarşı çıxıblar. Hökumət getdikcə şiddətlənən aksiyaların qarşısını almaqda çətinlik çəkdiyindən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət edib və dəstək istəyib.

Daha sonra, KTMT ölkələrinin sülhməramlı hərbi kontingenti Qazaxıstanda sabitlik yaratmaq adı ilə ora göndərilib.

Aksiyalarda çoxlu sayda etirazçı və polis həlak olub, onlarla xəsarət alan var.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun