Miqrasiya böhranı: Polşa Belarusla sərhəddə divar tikir

Miqrasiya böhranı: Polşa Belarusla sərhəddə divar tikir
26 Yanvar 2022
Mətni dəyiş
Polşa öz ərazisinə qeyri-qanuni girişə son qoymaq üçün Belarusla sərhəddə divar tikintisinə başlayıb. Sərhəd Mühafizəsinin Twitter-də verdiyi məlumata görə, 5 metrlik arakəsmələrin tikintisi üçün ərazi podratçıların ixtiyarına verilib. Dörd sahədə eyni vaxtda işlər aparılacaq. Polşa-Belarus sərhədinin ümumi uzunluğu 418 km-dir. Çox hissəsi Buq çayı boyunca uzanır. Layihənin dəyəri 1,6 milyard złot, təxminən 340 milyon avrodur. Vəsait büdcədən ayrılıb. 186 kilometrlik divar iyunda hazır olmalıdır. “Hazırda Polşa-Belarus sərhədini 30 nəfərə qədər kiçik qruplar şəklində qanunsuz keçməyə çalışırlar. Ötən ilin oktyabrında belə qrupların sayını bir neçə yüz nəfər təşkil edirdi”, Polşa sərhəd mühafizəsinin rəsmi nümayəndəsi Kristina Yakimik-Yaroş deyib. Gələcəkdə divarın müasir müşahidə avadanlığı ilə təchiz edilməsi nəzərdə tutulur. Noyabrın 8-də Belarusun Latviya, Litva və Polşa ilə sərhədində vəziyyət kəskin şəkildə gərginləşib. Belarus tərəfdən bir neçə min nəfər Polşa sərhədinə yaxınlaşıb, bəziləri tikanlı məftildən aşaraq zorla ölkəyə keçməyə cəhd ediblər. Ümumilikdə, son bir il ərzində qeyri-qanuni miqrantların Belarusdan Polşaya qanunsuz daxil olmaq üçün 40 minə yaxın cəhdi qeydə alınıb. Bir il əvvəl onların sayı cəmi 122 nəfər idi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun