İran da daxil olmaqla 8 ölkə borca görə BMT-də səsvermə hüququnu itirib

İran, Sudan, Venesuela, Antiqua və Barbuda, Konqo, Qvineya, Papua-Yeni Qvineya və Vanuatu Birləşmiş Millətlər Təşkilatının (BMT) üzvlük haqqını ödəmədikləri üçün təşkilatda səsvermə hüquqlarını itiriblər. 

Bu barədə BMT-nin sözçüsü Paulina Kubiak məlumat verib. Kubiak bildirib ki, üzvlük haqqını ümumilikdə 11 ölkə gecikdirsə də, hələlik 8 ölkə səsvermə hüququndan məhrum edilib.

Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin 19-cu maddəsinə əsasən, bir ölkənin təşkilata olan üzvlük borcu son 2 ildə etdiyi ödənişdən çox olarsa, o ölkə Baş Assambleyada səsvermə hüququnu itirir.

Səsvermə hüququnu bərpa etmək üçün İran 18,4 milyon dollar, Venesuela isə 39,8 milyon dollar ödəməlidir.

Əvvəlki məqaləBaş Prokurorluq həkimləri saxta əlillik dərəcəsi verməkdə ittiham edir
Növbəti məqalədəNur-Sultandan Bakıya təyyarə reysləri bərpa olunub