Bu gün Ermənistanla Türkiyə arasında danışıqlar başlayır

Bu gün Moskvada Ermənistanla Türkiyənin münasibətlərinin normallaşdırılması üzrə danışıqlar başlamalıdır. Ermənistanın Xarici İşlər Nazirliyi bu danışıqlar nəticəsində Türkiyə ilə diplomatik münasibətlərin qurulacağını gözləyir.

Ötən il hər iki ölkə münasibətləri normallaşdırmaq üzrə xüsusi elçilər təyin ediblər. Tərəflər uzun illik ədavətdən sonra əlaqələri bərpa etməyə salışırlar. Danışıqların ilk raundu Moskvada keçirilir.

“Fikrimizcə, Türkiyə hökuməti də ilkin şərtlərsiz dialoqa başlamaq yanaşmasını paylaşır”, – Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Vahan Hunanyan görüş öncəsi deyib.

Əvvəlki məqaləBağçada uşağa şiddət göstərən qadın işdən çıxarılıb – [Yenilənib]
Növbəti məqalədəTarif Şurası tibbi tullantılar və bir sıra poçt xidmətləri üzrə tarifləri artırdı