Neft və Sənaye Universiteti bir illik mühafizəsinə 438 min manatdan çox pul xərcləyəcək

Azərbaycan Dövlət Neft Və Sənaye Universiteti və “Gesco” ASC şirkəti maliyyə dəyəri 438266.16 AZN (4 yüz 38 min 2 yüz 66 manat) olan satınalma müqaviləsi imzalayıblar.

Bu barədə məlumat Dövlət satınalmalarının vahid internet portalında yer alıb.

AbzasMedia xəbər verir ki, müqavilədə 2022-ci il üzrə illik mühafizə xidmətinin satın alınması nəzərdə tutulub.

Tenderlə bağlı ətraflı məlumatda söhbətin 1 xidmət rəisi, 1 növbə rəisi və 44 mühafizə əməkdaşından getdiyi qeyd edilib.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, nizamnamə kapitalı 4000 manat olan “Gesco” ASC 26 may 2005-ci ildə dövlət qeydiyyatına alınıb.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, şirkətin qanuni təmsilçisi Anar Qafar oğlu Cəlilovdur.

Müxtəlif dövrlərdə yerli mətbuatda “Gesco” ASC ilə bağlı maraqlı məlumatlar yayılıb.

Məlumata görə, “Gesco” ASC şirkəti bundan əvvəl Azərbaycan Dillər Universitetinin və “Bakı Mühəndislik Universiteti” Publik Hüquqi Şəxsin keçirdiyi tenderlərin də qalibi olub.

Azərbaycan Dillər Universiteti 15 nəfərlik mühafizə xidməti üçün şirkətlə 126322.49 manatlıq müqavilə bağlayıb.

“Bakı Mühəndislik Universiteti” Publik Hüquqi Şəxsi 29 nəfərlik nəfərlik mühafizə xidməti üçün şirkətlə 259128 manatlıq müqavilə bağlayıb.

“Gesco” ASC şirkətinin həmçinin Bakı Dövlət Universiteti, Azərbaycan Tibb Universitetinin, Bakı Slavyan Universitetinin də mühafizə xidməti tenderlərini qazandığı bildirilib.

Əvvəlki məqaləJurnalist: “Prokurorluqdan zəng edib, halımı soruşublar, hələlik, nəticə bundan ibarətdir”
Növbəti məqalədəAlmaniyaya giriş şərtləri dəyişib, Turkovac vurduranlara viza verilməyəcək