Avropa İttifaqı: "Sərhəddəki son hadisələr göstərir ki, hər iki ölkə arasında etimadın möhkəmləndirilməsi üçün addımlar atılmalıdır"

Avropa İttifaqı: "Sərhəddəki son hadisələr göstərir ki, hər iki ölkə arasında etimadın möhkəmləndirilməsi üçün addımlar atılmalıdır"
12 Yanvar 2022
Mətni dəyiş

"Ermənistan-Azərbaycan sərhədində baş verən hadisələr iki ölkə arasında etimadın möhkəmləndirilməsi üçün tədbirlərin görülməsi zərurətini bir daha təsdiq edir".

Bunu Aİ-nin Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali komissarının mətbuat katibi Peter Stano öz tviter hesabında yazıb.

"Aİ hər iki tərəf ilə hərtərəfli həllin əldə olunması üzərində çalışır", - paylaşımda deyilir.

Yanvarın 11-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində insident baş verib. Lokal döyüşlərdə həm Azərbaycan, həm də Ermənistan ordusu itkilər verib. Tərəflər bir-birlərini təxribat törətməkdə ittiham ediblər.

Hər iki ölkənin Müdafə Nazirliklərinin yaydığı son məlumatlara görə, sərhəddə hələlik nisbi sakitlik hökm sürür.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun