ATƏT-in fəaliyyətdə olan sədri sərhəddə baş verənlərdən narahat olduğunu deyir

ATƏT-in fəaliyyətdə olan sədri sərhəddə baş verənlərdən narahat olduğunu deyir
13 Yanvar 2022
Mətni dəyiş

ATƏT-in fəaliyyətdə olan sədrliyi Ermənistan-Azərbaycan sərhədi boyunca toqquşmaların bərpası və bu zorakılığın insan tələfatına səbəb olması ilə əlaqədar dərin narahatlığını ifadə edir. Bu barədə ATƏT-in saytında dərc olunmuş bəyanatda deyilir.

"Güc tətbiqindən çəkinməyə və bu yaxınlarda başlanmış məzmunlu siyasi dialoqu davam etdirməyə çağırırıq.

Polşa ATƏT-in sədri qismində regionda möhkəm sülhün bərqərar olmasına və davamlı inkişafa dəstəyə yönələn səylərin bərpası və möhkəmləndirilməsi üçün tərəfdaşlarla işə sadiqdir.

ATƏT-in Minsk Qrupu həmsədrlərinin bu istiqamətdə səylərini dəstəkləyirik. Biz həmçinin ATƏT-in fəaliyyətdə olan polşalı sədrinin şəxsi nümayəndəsi səfir Anjey Kaspşikin davam etdirdiyi işə qəti dəstəyimizi bir daha bəyan edirik".

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun