Almaniyaya giriş şərtləri dəyişib, Turkovac vurduranlara viza verilməyəcək

Türkiyədən sonra ən çox türkün yaşadığı ölkə olan Almaniya Türkiyə vətəndaşları üçün viza tələblərini yeniləyib. 7 yanvar 2022-ci il tarixli yenilənməyə əsasən, “Almaniyada etibarlı hesab edilən peyvəndləri vurdurmayanlar, heç vaxt peyvənd olunmayanlar testi neqativ olsa belə” ölkəyə buraxılmayacaq.

Tam peyvənd olunmayanlar və Almaniyaya mütləq daxil olması tələb olunanlar (məsələn, məhkəmə, şahid ifadəsi) yalnız bunu sübut etdikdə karantin şərti ilə daxil ola biləcəklər. Peyvənd olunmayanlar viza üçün müraciət edə biləcəklər, lakin vizası olsa belə Moderna, BioNTech, AstraZeneca və ya Johnson&Johnson peyvəndi olmayanlar Almaniyaya buraxılmayacaqlar.

İki doza Turkovac kifayət deyil

Açıqlamada qərar “Peyvənd olunmamış insanlar məcburi səyahət üçün heç bir səbəb olmasa belə müraciət edə bilərlər. Lakin ölkəyə girişə bütün dozalar tamamlandıqdan sonra icazə veriləcək” şəklində izah edilib.

Türk peyvəndi olan Turkovac da Çin peyvəndi və Rusiya peyvəndi kimi Almaniyada tanınmır. Turkovac olanlar bu peyvəndin iki dozasını vurdursalar da Almaniyaya buraxılmayacaqlar.

Əvvəlki məqaləNeft və Sənaye Universiteti bir illik mühafizəsinə 438 min manatdan çox pul xərcləyəcək
Növbəti məqalədəAzərbaycanda meyitdən orqan köçürülməsi prosesinə din xadimləri də cəlb edilib