Almaniya Hərbi Dəniz Qüvvələrinin komandanı Putini təriflədiyinə görə istefa verməli olub

Almaniya Hərbi Dəniz Qüvvələrinin komandanı Putini təriflədiyinə görə istefa verməli olub
24 Yanvar 2022
Mətni dəyiş

Almaniya Hərbi Dəniz Qüvvələrinin komandanı Kay-Axim Şonbax Rusiya-Ukrayna böhranının dərinləşdiyi vaxtda siyasi şərhlərinə görə istefa verməli olub. 

Bu barədə onun özü açıqlama verib. Şonbax qeyd edib ki, o, bu fikirləri səsləndirərkən düşüncəsizlik edib.

"Düşünürəm ki, bu halda istefa verməklə həm Hərbi Dəniz Qüvvələrinə, həm də Almaniyaya çox zərər gəlməsinin qarşısını almış olaram", - deyə o, açıqlamasında qeyd edib.

Hindistan Müdafiə Tədqiqatları İnstitutunda çıxış edən alman admiral deyib ki, Rusiyanın Ukraynaya qarşı təhdidlərinin əsas məqsədi Qərbin Rusiyaya və prezident Vladimir Putinə şəxsən “hörmətlə” yanaşmasını təmin etməkdir.

Şonbax bildirib ki, Qərb ona istədiyi və bəlkə də layiq olduğu hörməti göstərməlidir.

Açıqlama ölkədə ciddi ictimai qınağa səbəb olub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun