Aİ yaxın günlərdə Polşaya 70 milyon avroluq “ədalət” sənədi göndərəcək

Avropa İttifaqı Ali Məhkəmənin İntizam Palatasının hakimləri cəzalandırmaq üçün istifadə etdiyi mübahisəli mexanizmi ləğv etmədiyinə görə yaxın həftələrdə Polşadan 70 milyon avro cərimə ödəməsini istəyəcək.

Avropa Komissiyasının əvvəlki müraciətini araşdıran Avropa Ədalət Məhkəməsi ötən ilin iyul ayında qəbul etdiyi qərarla Polşa Ali Məhkəməsinin İntizam Departamentinin fəaliyyətinə dair hüquqi tənzimləməni “məhkəmə müstəqilliyinin pozulması” kimi qiymətləndirib.

Bundan başqa, Məhkəmə intizam mexanizminin dərhal dayandırılmasına qərar verib və Polşanın bu qərarı yerinə yetirmədiyi təqdirdə hər gün 1 milyon avro cərimə ödəyəcəyinə qərar verib.

Bu iş ifrat sağçı və populist Polşa hökumətini demokratik standartlardan, o cümlədən məhkəmə müstəqilliyindən geri çəkilməkdə günahlandıran və Aİ ilə üz-üzə gətirən bir çox mübahisəli məsələlərdən biridir.

Varşava məhkəmənin müstəqilliyini pozduğuna dair ittihamları rədd edir.

“Mən təəssüf edirəm ki, Polşada qanunun aliliyi ilə bağlı heç bir müsbət dəyişiklik müşahidə edilmir və hakimlərə təzyiqlər davam edir”, Avropa Komissiyasının Dəyərlər və Şəffaflıq Komissarı Vera Jourova deyib: “Biz qanunun aliliyini və məhkəmə sisteminin müstəqilliyini müdafiə etmək üçün üzərimizə düşən vəzifəni yerinə yetirməyə davam edəcəyik”.

Aİ Komissiyasının sözçülərindən biri isə mövzu ilə bağlı Avropa İttifaqının Varşavadan son açıqlama aldığını bildirib: “Brüsselin Polşanın ödəməli olduğu cəriməni almasını təmin etmək üçün yolları var”.

Polşa uzun müddətdir ki, hakimlər üçün intizam mexanizminin yaradılmasına, bununla da hakimləri “susdurduğuna” və məhkəmə hakimiyyətinin müstəqilliyinə xələl gətirdiyinə görə tənqid olunur.

Yanvarın 11-i Varşavanın Brüsselə Ali Məhkəmənin İntizam Palatasını nə vaxt və necə ləğv edəcəyini izah etməsi üçün son tarix idi.

Aİ-dəki mənbə Polşanın cavabının alındığını, lakin Komissiya bunu “qənaətbəxş” hesab etməsə, 45 gün müddətində Varşavaya ödəmə fakturası göndəriləcəyini söyləyib.

Polşa hökumətinin sözçüsü isə jurnalistlərin məsələ ilə bağlı suallarını cavabsız qoyub.

Əvvəlki məqaləMisirdə oriental rəqs edən müəllimin işdən çıxarılması qadın hüquqları ilə bağlı müzakirələrə səbəb olub
Növbəti məqalədəVətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev həbs edilib