Əli Əliyev apellyasiya şikayəti verəcək, həbsin siyasi olduğunu deyir

Əli Əliyev apellyasiya şikayəti verəcək, həbsin siyasi olduğunu deyir
19 Yanvar 2022
Mətni dəyiş

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev Yasamal Rayon Məhkəməsinin 5 aylıq həbs qərarından apellyasiya şikayəti verəcək. 

Bu barədə onun vəkili Cavad Cavadov məlumat verib.

Vəkil deyir ki, o, Əli Əliyevlə görüşə bilib: "Sağlıq durumu yaxşıdır, saxlanma şəraitilə bağlı şikayəti yoxdur"

Cavad Cavadovun sözlərinə görə, Əliyev özünü günahkar hesab etmir.

Təcridxanada partiya sədri bildirib ki, məhkəmənin hökmünü sifarişli hesab edir.

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev 2021-ci il noyabrın 30-da Xızı rayonunda Mi-17 vertolyotunun qəzaya uğraması zamanı sağ qalan iki hərbçi - Emil Cəfərov və Ramin Adilov tərəfindən xüsusi ittiham qaydasında məhkəməyə verilib.

'Hər iki hərbçi çıxışlarının birində "Mən o hərbçilərin vertolyotda olduğuna inanmıram" deyən partiya sədrinin onlara böhtan atdığını iddia ediblər. Yasamal Rayon Məhkəməsi Emil Cəfərovun şikayəti əsasında aparılan işdə Əli Əliyevə 5 aylıq hökm çıxarsa da, Ramin Adilovun şikayəti üzrə məhkəmə prosesi hələ başlamayıb.

Azərbaycanın ictimaiyyət nümayəndələri Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədrinin həbsini siyasi sifariş hesab edirlər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun