Əfqanıstanda qadınlar iş və təhsil hüquqlarının pozulmasına görə yenə aksiya ediblər

Əfqanıstanda qadınlar iş və təhsil hüquqlarının pozulmasına görə yenə aksiya ediblər
17 Yanvar 2022
Mətni dəyiş

Əfqanıstanda qadınlar növbəti dəfə təhsil və iş hüququnun pozulmasına görə etiraz aksiyası keçiriblər. 

Paytaxtda, Kabil Universitetinin qarşısında keçirilən aksiyada 20-ə yaxın qadın iştirak edib. Aksiyada qadınlar "Bərabərlik və ədalət!", "Qadın hüquqları, insan hüquqları" şüarları səsləndiriblər.

Bir müddət sonra Taliban silahlıları bibər qazından istifadə edərək aksiyanı dağıdıblar.

Qadınlardan biri Taliban silahlılarına "özünüzdən utanın" dediyinə görə, silahlılardan biri onu hədəfə alıb, ancaq vurmayıb. O, ölümlə hədələnib.

Digər tərəfdən, Kabildə Taliban silahlıların hədəf alan bombalı hücumda 1 uşaq həyatını itirib. Talibanın 4 silahlısı isə yaralanıb. Bildirilib ki, hücumu daha əvvəl də Talibanı terror hücumları ilə hədəfə alan İŞİD silahlı qruplaşması həyata keçirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun