ABŞ Dövlət Departamentinin rəsmisi Saleh Rüstəmlinin təcili azadlığa buraxılmasına çağırır

ABŞ Dövlət Departamentinin rəsmisi Saleh Rüstəmlinin təcili azadlığa buraxılmasına çağırır
11 Dekabr 2021
Mətni dəyiş

ABŞ Dövlət Departamentinin rəsmisi Ned Prays Saleh Rüstəmli ilə bağlı çağırış edib.

Bu barədə Ned Prays "Twitter" hesabında yazıb.

Dekabrın 11-də yazdığı tvitdə ABŞ rəsmisi qeyd edib ki, Azərbaycan hakimiyyəti  Saleh Rüstəmlini təcili azad etməlidir:

"Biz Saleh Rüstəmlinin vəziyyətinin pisləşməsi barədə məlumatlardan çox narahatıq. Azərbaycan humanitar səbəblərdən onu təcili azad etməlidir ki, o, adekvat tibbi yardım ala bilsin".

"Artıq 35 gündür ki, aclıq aksiyasını davam etdirir və ölümə yaxındır", - deyə Ned Prays vurğulayıb.

[embed]https://twitter.com/StateDeptSpox/status/1469494647487619076?s=20[/embed]

Azərbaycan Xalq Cəbhəsi Partiyasının tərəfdarı Saleh Rüstəmli 2018-ci ilin mayında həbs edilib və " Azərbaycan Xalq Cəbhəsi Partiyasının qanunsuz maliyyələşdirilməsi" adlanan iş üzrə 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Sonradan Ali Məhkəmə cəza müddətini 2 ay azaldıb.

Hüquq müdafiəçilərinin siyasi məhbus kimi tanıdığı Saleh Rüstəmli qanunsuz və uydurma ittihamlarla 7 il müddətinə azadlıqdan məhrum edilməsinə etiraz olaraq noyabrın 6-dan aclıq edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun