Şantaj işi: "Kərim Benzema 1 il azadlıqdan şərti məhrumetmə cəzasına məhkum edilib"

Şantaj işi: "Kərim Benzema 1 il azadlıqdan şərti məhrumetmə cəzasına məhkum edilib"
25 Noyabr 2021
Mətni dəyiş

İspaniyanın "Real Madrid" komandasının futbolçusu Kərim Benzema 1 il azadlıqdan şərti məhrumetmə cəzası alıb. 

Buna səbəb onun hazırda Yunanıstan "Olimpiakos"unda çıxış edən Matyo Valbuenanın şantaj olunması işində günahkar bilinməsidir. Məhkəmə Benzemanı 1 illik həbslə yanaşı, 75 min avro cərimə ilə də cəzalandırıb.

Ancaq ittiham tərəfi futbolçunun 10 ay həbs olunmasını istəyirdi.

Futbolçu yoldaşını seks kaseti ilə şantaj etməkdə ittiham olunaraq mühakimə edilən Benzemanın vəkili Antoine Vey deyib ki, onlar bu qərardan narazıdırlar və işi növbəti instansiya məhkəmələrinə daşıyıb etiaz edəcəklər.

Qalmaqal üzündən hər iki futbolçu 2016-cı il Avropa çempionatında Fransa millisindən kənarlaşdırılıb. Ancaq bundan sonra Fransa Futbol Federasiyasının prezidenti Noel Le Qrat deyib ki, hətta məhkəmə Benzemanı mühakimə etsə belə, Benzema milli komandada oynamağa davam edəcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun