"Səpələnmiş ölümlər arasında" Azərbaycanda nümayiş olunmağa başlayıb

"Səpələnmiş ölümlər arasında" Azərbaycanda nümayiş olunmağa başlayıb
17 Noyabr 2021
Mətni dəyiş
Rejissor Hilal Baydarovun "Səpələnmiş ölümlər arasında" filmi Azərbaycan kinoteatrlarında nümayiş olunmağa başlayıb.  AbzasMedia xəbər verir ki, Azərbaycanı Venesiya Film Festivalında ilk dəfə təmsil edən film Bakı, Gəncə və Sumqayıtda kinoteatrlarda nümayiş olunur. Biletlərin qiyməti 7-9 manat arasında dəyişir.  "Səpələnmiş ölümlər arasında" filmi 2020-ci ildə 77-ci Venesiya Film Festivalında nümayiş etdirilib və Qızıl Şir mükafatına namizəd olub. Baydarovun filmi Yaponyanın 'TokyoFilmex' film festivalında "Ən Yaxşı Film" mükafatı, 'El Gouna Film' festivalında iki mükafata - NETPAC "Ən yaxşı Asiya filmi" və ən yaxşı bədii film nominasiyasıyalarında "Bürünc Ulduz", Meksikada 'Los Cablos' film festivalinda 'Art Kingdom' mükafatı, 'Kerela' film festivalında 'FIPRESCI' mükafatı, Batumi art-house film festivalında 'FIPRESCI' mükafatlarını qazanıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun