Rusiyada kömür mədənində qəza baş verib, 52 nəfər həyatını itirib

Rusiyada kömür mədənində qəza baş verib, 52 nəfər həyatını itirib
26 Noyabr 2021
Mətni dəyiş

Rusiyanın Kemerovo vilayətindəki "Listvyajnaya" mədənində ağır qəza baş verib. 

Bu barədə Rusianın Fövqəladə Hallar Nazirliyi açıqlama yayıb. Açıqlamada qeyd olunub ki, paytaxt Moskvadan 3 min kilometr uzaqda olan mədəndə qəza nəticəsində 250 metrlik yanğın dərinliyi yaranıb. Qəza zamanı mədəndə ümumilikdə 287 nəfər olub. İlkin rəsmi məlumatlara görə, mədəndə çalışan 52 nəfər işçi həyatını itirib, onlarla yaralı var. Xəsarət alanlardan 11-i xilasedicilərdir. Sözügedən ərazidə çoxlu sayda kömür mədənləri var və tez-tez bu cür hallar yaşanır. Rusiya araşdırma komitəsi məsələ ilə bağlı cinayət işi qaldırıb. Rusiya prezidenti Vladimir Putin qəzadan təəssüfləndiklərini bildirib. O, həyatını itirənlərin ailələrinə baş sağılığı verib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun