Rusiya: "Ukraynanın hücum hazırlığında olduğunu düşünürük"

Rusiya: "Ukraynanın hücum hazırlığında olduğunu düşünürük"
24 Noyabr 2021
Mətni dəyiş

“Rusiya Ukraynaya hücum etməyi planlaşdırmır, əksinə, biz Ukraynanın hücum hazırlığında olduğunu düşünürük”

Bu sözləri Kremlin sözçüsü Dmitri Peskov deyib.

Peskov bildirib ki, Ukrayna tərəfinin Rusiyanın müharibəyə başlayacağı ilə bağlı iddiaları yanlışdır.

Paytaxt Moskvada jurnalistlərin suallarını cavablandıran Peskov bildirib ki, biz dəfələrlə demişik və yenə təkrar edirik ki, Rusiyanın heç bir ölkəyə hücum planı yoxdur və bu, mübahisə mövzusu da deyil.

“Hər dəfə belə bir iddia irəli sürmək, Rusiya ordusunun öz ölkəsindəki hərəkətini bu cür planlarla əlaqələndirmək olduqca yanlışdır”, - deyə Peskov əlavə edib.

Bu günlərdə Ukrayna mətbuatı Ukrayna kəşfiyyatındakı mənbələrə istinad edərək yazıb ki, Rusiya müharibəyə hazırlaşır. Məlumatda qeyd olunub ki, 90 min nəfərlik hərbi qulluqçusunu və döyüş texnikalarını Ukrayna ilə sərhədə toplayan Rusiya 2022-ci ilin yanvar ayında hücuma keçəcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun