"National Geographic"dəki fotosu ilə məşhurlaşan "əfqan qızı" İtaliyaya sığınıb

"National Geographic"dəki fotosu ilə məşhurlaşan "əfqan qızı" İtaliyaya sığınıb
26 Noyabr 2021
Mətni dəyiş
1985-ci ildə “National Geographic” jurnalının üz qabığında fotosu çıxmış yaşıl gözlü əfqan Şarbat Gula İtaliyaya təxliyyə olunub. “Əfqanıstan vətəndaşı Şarbat Gula Romaya gəlib”, – Baş nazir Mario Draginin aparatı noyabrın 25-də bildirib. İtaliya hökuməti qeyri-hökumət təşkilatlarının xahişlərini nəzərə alaraq “Əfqanıstan vətəndaşları üçün daha geniş evakuasiya proqramı” çərçivəsində onun ölkəyə gətirildiyini açıqlayıb. İti baxışlı, qırmızı şarflı Gula Əfqanıstanın ən məşhur qaçqınına çevrilib. ABŞ-dan fotoqraf Stiv Makkari onu 1980-ci illərdə Pakistanda düşərgədə çəkmişdi. Foto jurnalın üz qabığında çıxmışdı. Əfqanıstanı sovetlər işğal edəndə Gula kimsəsiz uşaq olaraq Pakistana gedib. 2002-ci ildə Makkari regiona qayıdaraq onu tapır və qadının kimliyi üzə çıxır. 2016-cı ildə Pakistan saxta kimlik sənədlərini əsas gətirərək onu Əfqanıstana deportasiya edib. İtaliya sentyabrın əvvəlində bildirib ki, Taliban avqustda hakimiyyəti ələ keçirəndən 5 minə yaxın əfqanı evakuasiya edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun