Milli Məclis 2022-ci ilin dövlət büdcəsini ikinci oxunuşda qəbul edib

Milli Məclisin bu gün keçirilən iclasında 2022-ci ilin dövlət büdcəsi müzakirə edilib.

İclasın gündəliyinə daxil edilən “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi müzakirələrdən sonra ikinci oxunuşda qəbul edilib.

Layihəyə əsasən, Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin gəlirləri 26 816 000,0 min manat, xərcləri 29 879 000,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 25 874 497,0 min manat, yerli gəlirləri 941 503,0 min manat, mərkəzləşdirilmiş xərcləri 28 900 041,0 min manat, yerli xərcləri 978 959,0 min manat) məbləğindədir.

Əvvəlki məqaləBelarus Aİ sərhədindəki bəzi miqrantları ölkələrinə geri göndərdiyini elan edib
Növbəti məqalədəMəcburi köçkünlər üçün tikilən mənzillər şəhid ailələri və qazilərə veriləcək