Merkel Polşa-Belarus sərhədindəki miqrant böhranında Minski günahlandırır

Almaniyada müvəqqəti olaraq kansler vəzifəsini icra edən Angela Merkel bu gün Almaniyanın paytaxtı Berlində Polşanın baş naziri Mateuş Moravitski ilə görüşüb.

Sputnik-in xəbərinə görə, Merkel görüşdən sonra təşkil edilən ortaq mətbuat konfransında Almaniya adına Polşa baş nazirinə tam həmrəy olduqlarını bildirib. “Əminik ki, Belarus hibrid aqressiya ruhunda təkcə Polşanı deyil, bütün Avropa İttifaqını zəiflətmək istəyən mühacirləri aldadaraq və cəlb etməklə bu vəziyyəti təhrik edir. Ona görə də Polşa ilə tam həmrəyik, digər tərəfdən də aydındır ki, bu, Aİ ilə Belarus arasında olan məsələdir”.

“Bu kontekstdə onun Belarus prezidenti Aleksandr Lukaşenko ilə telefon danışığı yaxından koordinasiya edilib. Mən bunu Polşanın baş naziri ilə müzakirə etmişəm”, o əlavə edib.

Əvvəlki məqaləSaakaşvili deputatlarla görüşə qadağa qoyulduqca müalicədən imtina edəcəyini deyib
Növbəti məqalədəƏli Həsənovun kürəkəninin əmlakına həbs qoyulub