İşğaldan azad edilmiş ərazilərdə bir il ərzində 180 nəfər minaya düşüb

İşğaldan azad edilmiş ərazilərdə bir il ərzində 180 nəfər minaya düşüb
22 Noyabr 2021
Mətni dəyiş
ANAMA işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları barədə həftəlik məlumatı açıqlayıb. ANAMA-dan bildirilib ki, noyabrın 15-dən 20-nə qədər Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 25 piyada əleyhinə mina, 112 tank əleyhinə mina və 88 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb. Bildirilib ki, 157 hektar ərazi mina və PHS-lərdən təmizlənib. Bundan əlavə, qurumdan bildirilib ki, 2020-ci il noyabrın 10-dan bu ilin noyabrın 22-dək minaya düşmələri nəticəsində əsasən mülki şəxslər olmaqla 180-ə yaxın şəxs həlak olub və ya yaralanıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun