İrana casusluqda ittiham edilən ilahiyyatçının porno-şantajla məşğul olduğu iddia edilib

Cümə axşamı hakimiyyətyönlü İnternet resurslarında dövlətə xəyanətdə ittiham olunan şiə ilahiyyatçı Sərdar Babayevin videogörüntüləri yayılıb. Görüntülərdə onun digər dindarların intim əlaqələrini gizli şəkildə qeydə aldığı əks olunub. 

Videonu müşayiət edən mətndə deyilir ki, Babayev gizli çəkilmiş kadrları İrana göndərib. Sonradan İranın xüsusi xidmət orqanları videosu çəkilmiş şəxsləri şantaj edərək onları əməkdaşlığa məcbur ediblər.

Bu gün sosial şəbəkələrdə daha bir video dərc olunub, orada Cəlal Şəfiyev kimi təqdim  olunan bir nəfər göstərilib. Şəfiyev bu videonu “əxlaqsızlıq” adlandırıb, onu “şeyx Sərdar”a təzyiq cəhdi kimi qiymətləndirib.

“Bu, alçaqcasına böhtandır. Şeyx Sərdar haqda belə videoları ona görə yayırlar ki, o, haqsızlığa,  zülmə, xalqın aldadılmasına dözmür. Şeyx Sərdarın həbsi siyasi sifarişdir. O, repressiya qurbanıdır və İranla gərgin münasibətlərə görə həbs edilib”,- Şəfiyev bildirib.

Sosial şəbəkə istifadəçilərinin məlumatına görə, bu gün Şəfiyev Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

Sərdar Babayev oktyabrın 19-da saxlanılıb. Sonradan ona qarşı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsilə cinayət ittihamı irəli sürülüb. O, ittihamları qəbul etmir.

Əvvəlki məqaləDağlıq Qarabağda rus sülhməramlıya abidə qoyulub
Növbəti məqalədəRus ədəbiyyatı və türklər – Elçin İmanov