Dağlıq Qarabağda rus sülhməramlıya abidə qoyulub

Dağlıq Qarabağda rus sülhməramlıya abidə qoyulub
11 Noyabr 2021
Mətni dəyiş
Noyabrın 10-da Xankəndi yaxınlığında Rusiya hərbi şəhərciyinin ərazisində sülhməramlı abidəsinin açılış mərasimi keçirilib. Tədbir Rusiya sülhməramlı kontingentinin Dağlıq Qarabağa yeridilməsinin birinci ildönümünə həsr olunub. Bu barədə Rusiya Müdafiə Nazirliyinin  məlumatında deyilir. Mərasimdə Cənub Hərbi Dairəsi qoşunlarının komandan müavini, general-leytenant Rüstəm Muradov və Dağlıq Qarabağda Rusiya sülhməramlı kontingentinin komandanı Gennadi Anaşkin iştirak ediblər. Bürünc abidədə ona gül verən qızı qucaqlayan avtomatlı sülhməramlı təsvir edilir. "Abidənin prototipi sülhməramlı missiyanın real iştirakçısıdır", məlumatda deyilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun