Çexiyada cinayətlərin 40 faizini qadına qarşı cinayətlər təşkil edir

Avropa Statistika Ofisinin (Eurostat) yaydığı hesabata görə, Çexiyada 2019-cu ildə baş tutan cinayət hadisələrinin 40 faizi qadına qarşı cinayətlərdir.

2019-cu ildə ölkədə baş tutan 143 cinayətin 57-si qadın cinayətləri olaraq qeydə alınıb.

Hesabatda qeyd olunub ki, 2020-ci ildə 1170 qadın zorakılığa məruz qalıb, 2021-ci ilin ilk 9 ayında bu rəqəm 750 olub. Ən çox zorakılıq paytaxt Praqada qeydə alınıb, Praqanı isə Orta Bohemya izləyir.

Statistika Ofisinin hesabatında qeyd olunub ki, 2019-cu ildə Avropa Birliyi ərazisində baş tutan cinayət hadisələrinin qurbanlarının 36 faizini qadınlar təşkil edir.

Qeyd olunub ki, Kipr, Latviya, Malta, Avstriya, Norveç və İsveçrədə qurbanlar arasında qadınlar kişilərlə nisbətdə çoxluq təşkil edirlər.

Çexiya polisinin sözçüsü Yakub Vinalçek isə deyib ki, Çexiya polisi cinayət hadisələrinin zərərçəkənlərini qadın-kişi başlığı altında sinifləndirmir.

Əvvəlki məqaləABŞ-ın Azərbaycandakı səfiri: “ABŞ Azərbaycanın sərhədlərinin təhlükəsiz olmasına kömək edir”
Növbəti məqalədəKeniyada peyvənd olunmayanlar sosial xidmətlərdən istifadə edə bilməyəcəklər