Bu gün Soçidə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin görüşü keçiriləcək

Bu gün Soçidə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin görüşü keçiriləcək
26 Noyabr 2021
Mətni dəyiş

Bu gün Soçidə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçiriləcək.

Görüşdə sabitliyin güclənməsi istiqamətində atılacaq addımlar və Qarabağda dinc həyatın bərqərar olmasına dair məsələlər müzakirə ediləcək.

Bundan sonra isə Azərbaycan və Ermənistan liderləri dekabrın 15-də Brüsseldə Şərq Tərəfdaşlığının Zirvə görüşü çərçivəsində görüşəcəklər.

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla noyabrın 19-da telefon danışıqları baş tutub. Görüş bu telefon danışıqlarında təyin olunub.

10 noyabr bəyanatından sonra Azərbaycan və Ermənistan liderləri yalnız 1 dəfə Rusiya tərəfinin vasitəçiliyi ilə Moskvada üz-üzə gəliblər. Bu görüş müharibədən sonra 2-ci görüş olacaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun