Bu gün şahmat üzrə Avropa çempionatı çərçivəsində Azərbaycan və Ermənistan komandaları üz-üzə gələcəklər

Bu gün şahmat üzrə Avropa çempionatı çərçivəsində Azərbaycan və Ermənistan komandaları üz-üzə gələcəklər
18 Noyabr 2021
Mətni dəyiş

Sloveniyanın Çatej şəhərindəki şahmat üzrə Avropa çempinonatında iştirak edən kişi və qadınlardan ibarət Azərbaycan millilərinin bugünkü qarşılaşmalar üçün heyətləri bəlli olub.

Kişilərdən ibarət komanda Ermənistan yığması ilə, qadınlar isə İtaliya ilə üz-üzə gələcək.

Avropa çempionatı, VI tur Kişilər 18 noyabr

Azərbaycan - Ermənistan Şəhriyar Məmmədyarov - Qabriel Sarkisyan Teymur Rəcəbov - Hayk Martirosyan Rauf Məmmədov - Robert Ovanisyan Nicat Abbasov - Samvel Ter-Sahakyan

Məmmədyarov və Məmmədov ağ, Rəcəbovla Abbasov qara fiqurlarla oynayacaq.

İtaliya - Azərbaycan Marina Brunello - Günay Məmmədzadə Olqa Zimina - Gülnar Məmmədova Tea Queçi - Xanım Balacayeva Daniela Movilyanu - Ülviyyə Fətəliyeva

Məmmədova ilə Fətəliyeva ağ, Məmmədzadə və Balacayeva qara fiqurlarla mübarizə aparacaq.

Turun bütün oyunları Bakı vaxtı ilə saat 18:00-da başlanacaq. Kişilərdən ibarət yığma hazırda 8 xalla Rusiya, Ukrayna, Macarıstan, Ermənistan və Niderlandla birgə 1 - 6-cı, qadınlardan ibarət komanda isə Polşa, İtaliya və Ukrayna ilə birlikdə 4 - 7-ci yerləri bölüşdürür.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun