Belarus Aİ sərhədindəki bəzi miqrantları ölkələrinə geri göndərdiyini elan edib

Belarus Aİ sərhədindəki bəzi miqrantları ölkələrinə geri göndərdiyini elan edib
23 Noyabr 2021
Mətni dəyiş
Belarus Daxili İşlər Nazirliyi 118 immiqrantın geri qaytarıldığını açıqlayıb. TASS xəbər agentliyinin məlumatına görə, yaxın günlərdə daha çox immiqrant ölkəni tərk edəcək. Avropa İttifaqı Minsk administrasiyasını sanksiyalara cavab olaraq Yaxın Şərqdən minlərlə immiqrantı Polşa, Litva və Latviya ilə sərhədə gətirməkdə ittiham edir. Minsk rejimi miqrant böhranını alovlandırdığını inkar edir. Belarus prezidenti Aleksandr Lukaşenko son açıqlamasında bildirib ki, Belarus Polşa ilə qarşıdurma istəmir, lakin Avropa İttifaqı (Aİ) sərhədində ilişib qalan 2 min miqrantı qəbul etməsini arzulayır. Bununla belə, o, "böhran həddən artıq irəli gedərsə, müharibə qaçınılmazdır" deyib. Aİ keçən həftə 2000 qaçqınla bağlı analoji təklifi rədd edib. Belarus dövlət xəbər agentliyi “Belta”-nın məlumatına görə, Lukaşenko bazar ertəsi Almaniyadan bəzi mühacirləri qəbul etmək üçün təşəbbüs göstərməyi tələb edib və Aİ-nin bu məsələ ilə bağlı Minsklə əlaqə saxlamamasından şikayətlənib. Polşanın Baş naziri Mateusz Moraviecki həftə sonu verdiyi açıqlamada böhranın "daha pis bir şeyin" başlanğıcı ola biləcəyini söyləyib və Belarus qüvvələrinin miqrantları sərhədə yönləndirməyə davam etdiyini bildirib. Dövlətə məxsus “Belta” xəbər agentliyinin məlumatına görə, Belarus prezidenti Aleksandr Lukaşenko hadisələrin daha da gərginləşməsini istəmədiyini bildirib və əlavə edib: "Biz polyaklarla əlaqə saxlamalı və onlara barbar olmadığımızı, münaqişə istəmədiyimizi göstərməliyik. Buna ehtiyacımız yoxdur. Əgər çox irəli getsək müharibənin qaçılmaz olduğunu bilirik və bu, fəlakət olar. Biz heç bir qığılcım istəmirik”. Minskin təklifi qəbul olunarsa, Belarus 5 minə yaxın miqrantı vətəninə göndərməyi planlaşdırır. Ötən həftə 400-dən çox iraqlı İraqa qaytarılıb və bu, avqust ayından bəri ilk belə geri dönüş olub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun