Əfqanıstanda aclıq çəkən ailələr qızlarını satışa çıxarır

Əfqanıstanda aclıq çəkən ailələr qızlarını satışa çıxarır
9 Noyabr 2021
Mətni dəyiş

Əfqanıstanda aclıqdan əziyyət çəkən ailələr həyatda qala bilmək üçün uşaqlarını, xüsusən qızlarını az miqdarda pula satırlar. 

Bəziləri özündən qat-qat yaşlı kişilərə, bəziləri tanımadıqları ailələrə, bəziləri isə qeyri-müəyyən gələcəyə gedir.

Mərkəzi hökumətin süqutundan sonra maaşların verilə bilmədiyi ölkədə quraqlıq problemi kənd yerlərində yaşayan insanları da müxtəlif yerlərə köçməyə məcbur edir. Ancaq yenə də heç bir gəliri olmayanlar getdikləri yerdə aclıq və yoxsulluq problemi ilə üzləşirlər.

AFP müxbirləri kəndləri gəzərək, kiçik qızlarını 550-4000 dollar arasında satmağı planlaşdıran 15 nəfərdən müsahibə götürüblər.

Quraqlıq səbəbilə evlərini tərk edərək məskunlaşdıqları düşərgədə ailənin aclıqdan ölməməsi üçün ərinin iki kiçik qızını satacağını deyən Fahimə ağlayır. Ancaq heç bir şeydən xəbərləri olmayan 6 yaşlı Fəriştə və onun yaş yarımlıq balaca bacısı gil sığınacaqlarda analarının yanında gülümsəyirlər. 

Böyük qızı üçün təxminən 3350 dollar, bacısı üçün isə 2800 dollar ödənilib. Pullar tam ödənildikdən sonra iki qız valideynləri və Badgis şəhərinin Kale-i Nav rayonundakı qaçqın düşərgəsi ilə vidalaşaraq yola düşəcəklər.

AFP müxbirlərinin rastlaşdığı bir hadisədə də Fəhimenin qonşusu 25 yaşlı Sabirənin ailəsi ərzaq mağazasından borc götürüb. Mağaza sahibi borclarını ödəməsələr, onları həbslə hədələyib. Ailə borcunu ödəmək üçün 3 yaşlı qızlarını satıb.

Müxbirlər deyirlər ki, artıq ölkədə bu kimi hallar adiləşir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun