UNICEF: Vətəndaş müharibəsi başlayandan bu günə qədər Yəməndə ölən və əlil qalan uşaqların sayı 10 mini keçib

UNICEF: Vətəndaş müharibəsi başlayandan bu günə qədər Yəməndə ölən və əlil qalan uşaqların sayı 10 mini keçib
20 Oktyabr 2021
Mətni dəyiş

Birləşmiş Millətlər Təşkilatının (BMT) Uşaqlara Yardım Fondu (UNICEF) Yəməndə müharibənin başladığı 2015-ci ildən bu günə qədər ölən və əlil olan uşaqların sayının 10 mindən çox olduğunu bildirib. 

Bu barədə BMT-nin Uşaq Fondunun sözçüsü Ceyms Elder qurumun Cenevre ofisində keçirdiyi mətbuat konfransında danışıb.

Elder bildirib ki, ölkənin Şimal və Cənub bölgələrinə səfər edərkən, çox sayda uşağın çətinlik içində olduğunu görüb: "Getdiyim bölgələrdə uşaq həkimləri, müəllimlər və tibb bacıları ilə görüşdüm. Onların mənə danışdıqları hekayələr ölkənin tamamilə dağılmaq ərəfəsində olduğunu əks etdirdi", - deyə BMT-nin Uşaq Fondunun sözçüsü Ceyms Elder  bildirib.

Elder deyib ki, bu insanlıq dramının əsas səbəbləri müharibə, iqtisadi çöküntü, su, təmizlik, sağlıq kimi ağır problemlərdir.

"Hər 5 uşaqdan 4-ü humanitar yardıma ehtiyac duyur. Ümumilikdə 11 milyon uşaq çətinlik altındadır. 400 min uşaq yetərincə qidalana bilmir, 2 milyon uşaq təhsil ala bilmir və 4 milyon uşağın təhsildən uzaqlaşmaq təhlükəsi var. Müəllimlərin 3/2-si, yəni 170 min şəxs son 4 ildir normal maaş ala bilmir. 1,7 milyon uşaq döyüşlər səbəbindən qaçqın düşüb. 15 milyon sivil içməli su, təmizlik və gigiyena kimi imkanlardan məhrumdur ki, bu 15 milyonun da 8, 5 milyonu uşaqdır", - deyə BMT-nin Uşaq Fondunun sözçüsü Ceyms Elder bildirib. 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun