Ukraynalı gənc deputat taksidə ölü tapılıb

Ukraynada Ali Radanın deputatı, 33 yaşlı Anton Polyakov ölü tapılıb.

Bu barədə məlumatı Korrespondent.net saytı verib.

“Bu gün, oktyabrın 8-də, Kiyev polisi Ukrayna millət vəkili Anton Polyakovun paytaxtın Dnepr rayonunda ölü tapıldığı barədə məlumat aldı”, – deyə polis idarəsindən bildirilib.

Məlum olub ki, o taksidə gedərkən halı pisləşib. Təcili yardım həkimləri millət vəkilinin həyatını xilas edə bilməyiblər.

Hadisə barədə araşdırma aparılır.

Bir il əvvəl Polyakov Kiyevdə döyülmüşdü.

Əvvəlki məqalə“Reuters”: “Türkiyə Amerikadan 40 ədəd F-16 döyüş təyyarəsi almaq istəyir”
Növbəti məqalədəBMT-nin Baş katibi dünya əhalisinin 40 faizini peyvənd etdirmək üçün səkkiz milyard dollara ehtiyac olduğunu deyib