Türkiyə çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizə mövzusunda “Boz Siyahı”ya daxil edilib

Türkiyə çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizə mövzusunda “Boz Siyahı”ya daxil edilib
22 Oktyabr 2021
Mətni dəyiş
Türkiyə çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınmadığına görə Maliyyə Əməliyyat Qrupu (FATF) tərəfindən "boz siyahı"ya salınıb. FATF Türkiyənin Beynəlxalq İşbirliyinə Nəzarət qrupu tərəfindən xüsusi monitorinqə alınmasını tövsiyə edib. Sözügedən bu qrupa Albaniya, Mərakeş, Suriya, Cənubi Sudan və Yəmən kimi ölkələr daxildir. Türkiyənin qara təbliğat və terrorizmin maliyyələşdirilməsi mövzusunda irəliləyiş əldə etdiyini deyən Pleyer hələ də ciddi problemlərin olduğunu əlavə edib. Pleyer Türkiyənin bununla bağlı öhdəliklər götürdüyünü, ancaq bunları konkret addımlara çevirməli olduğunu bildirib. “Financial Times” qəzeti daha əvvəl iki mənbəyə əsaslanan xəbərində FATF-ın Türkiyəni boz siyahıya salmağa hazırlaşdığını yazıb və bu qərarın Türkiyənin hazırda çətin olan xarici kapital cəlb etmək qabiliyyətini daha da azaldacağını əlavə edib. Nazirlikdən açıqlama Xəzinə və Maliyyə Nazirliyi Türkiyənin Maliyyə Əməliyyat İşçi Qrupu tərəfindən boz siyahıya salınması ilə bağlı açıqlama verib. “Maliyyə Əməliyyat İşçi Qrupu”nun hesabatında ölkəmizin boz siyahıya salınması layiq olmadığımız nəticəyə səbəb olub. Bundan sonrakı müddətdə FATF və əlaqəli büyün qurumlarla əməkdaşlıq edərək addımlar atılmağa davam ediləcək və ölkəmizin bu siyahıdan tezliklə çıxması təmin ediləcəkdir”, deyə, nazirliyin açıqlamasında bildirib. Boz siyahı nədir? FATF-ın öz saytında yer alan açıqlamaya görə, boz siyahı əslində əhatə etdiyi ölkələrin daha çox monitorinq edilməsini nəzərdə tutur. FATF boz siyahıya salınmış ölkənin strateji çatışmazlıqlarını təyin olunmuş vaxtda aradan qaldırmaq öhtədiliyi götürdüyünü bildirir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun