Tayms: “İngiltərədə son 4 ildə 2 min polis cinsi istismarda ittiham olunub”

İngiltərənin məşhur “Times” qəzetinin yazdığına görə, İngiltərədə son 4 ildə 2 min polis cinsi istismarda ittihammolunub. Qəzetin məqaləsində qeyd olunur ki, polislərin bir qismi cinsi təcavüzdə də ittiham olunur. 

Qəzetinin özünün araşdırmalarına görə, polislər şəxsi zövqləri üçün vəzifələrindən istifadə etsələr də, onların 3/2-si cəza almayıb.

Məqalədə qeyd olunur ki, statistika və cəzasızlıq gpstərir ki, bu məsələlər İngiltərədə bilərəkdən gizli saxlanılıb.

Məlumata görə, son 4 ildə cinsi istismar, irqçilik və cinsi ayrıseçkilik kontekstində baş tutuan məhkəmələrin 25 faizi ictimayətə açıq olmayıb.

İngiltərənin sabiq Baş naziri Tereza Mey daxili işlər naziri işlədiyi vaxtlarda bu ittihamlarla həbs edilən polislərin ictimayətə açıq şəkildə mühakimə olunmasını tələb edirdi.

Məsələni şərh edən Tereza Mey deyib ki, bu işlər ictimayətə açıq şəkildə aparılmalıdır və hər kəs görməlidir ki, bəzi polislərin işi ədaləti qorumaq deyil, polisi nüfuzdan salmaqdır.

Əvvəlki məqaləHüquq müdafiə təşkilatı Niyaməddin Əhmədov barəsində hökmü pisləyib
Növbəti məqalədəRusiyada saxta içkidən ölənlərin sayı 32-ə çatıb