Taliban nümayəndələri danışıqlar üçün Türkiyəyə yola düşüb

Foto şərtidir

Əfqanıstanda hakimiyyəti ələ keçirən Taliban silahlılarının nümayəndə heyəti Türkiyə hakimiyyəti ilıə danışıqlar üçün Ankaraya yola düşüb.

Məlumata görə, Talibanın nümayəndə heyətinə xarici işlər nazirinin müavini Əmirxan Mütəqqi başçılıq edir.

Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan G20 Sammitində çıxış edərək Əfqanıstan məsələsinə toxunub.

Prezident deyib ki, Əfqanıstandakı hazırki vəziyyətin yaxşıya doğru dəyişməsi çox vacibdir: “Hazırda Əfqanıstanda yeni və geopolitik həqiqətlə üz-üzəyik. Ölkədə təhlükəsizliyin və stabilliyin əldə olunması artı təkcə regional müstəvidə yox, qlobal müstəvidə də çox vacibdir. Dialoq kanallarını açıq saxlayaraq, Talibanı strateji səbir və addım-addım yanaşma ilə əhatəli bir idarəçilik sistemi qurmağa yönəltməliyik”, – deyə türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Bundan əvvəl, Böyük Britaniya Baş nazirinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Simon Qass Kabildə “Taliban”ın rəhbərliyində təmsil olan şəxslərlə görüşüb.

Krallığın Xarici İşlər Nazirliyinin yaydığı məlumatına görə, britaniyalı diplomatı İngiltərənin Əfqanıstandakı səfirliyinin müvəqqəti işlər vəkili Mardin Lonqden müşayiət edib.

Görüşdə Böyük Britaniyanı təmsil edən şəxslər humanitar böhranla əlaqədar vəziyyətin yoluna qoyulması, Əfqanıstanda terrorun qarşısını almaq və ölkəni tərk etmək istəyənlərin təhlükəsiz çıxışını təmin etmək istiqamətində “Taliaban”la əməkdaşlığa hazır olduqlarını bildiriblər.

Əvvəlki məqaləİraqda millət vəkili seçilən şəxsin 2 ay əvvəl öldüyü məlum olub
Növbəti məqalədəPolşa miqrant axınının qarşısını almaq üçün Belarusla sərhədə 350 milyon avroluq divar inşa edəcək