Rusiyada saxta içkidən ölənlərin sayı 32-ə çatıb

Rusiyada saxta içkidən ölənlərin sayı 32-ə çatıb
11 Oktyabr 2021
Mətni dəyiş

Rusiyanın Orenburq bölgəsində saxta spirtli içkidən ölkənlərin sayı 32-ə çatıb. 

Bu barədə Rusiya Səhiyyə Nazirliyi məlumat yayıb. Məlumatda qeyd olunur ki, ölənlərin sayı 32-ə çatıb, zəhərlənmə səbəbindən xəstəxanaya yerləşdirilən şəxslərin sayı isə 64-dür. Xəstəxanada olan şəxslərin bəzilərinin vəziyyəti ağır olaraq qalır.

Rusiya hüquq mühafizə orqanları isə saxta içki hazırlanan şirkətin müdirini və 8 işçisinin saxlanılması ilə bağlı məlumat yayıb. Hadisə ilə əlaqədar Orenburqda araşdırma komitəsi yaradılıb.

Qeyd olunub ki, polis bölgədə ispirtli içki istehsal edən bütün müəssisələrə əməliyyat təşkil edib və içkilərdən nümunələr götürülüb. Bildirilib ki, bu məsələ ətrafında araşdırmalar davam edir.

Komitə saxta içkilərdən istifadə etməməsi ilə bağlı xalqa çağırış edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun