Rusiya və İran gələn ay strateji müttəfiqlik müqaviləsi imzalayacaq

Rusiya və İran gələn ay strateji müttəfiqlik müqaviləsi imzalayacaq
12 Oktyabr 2021
Mətni dəyiş

Rəsmi Tehran gələn ay Rusiya və İran arasında strateji müttəfiqlik müqaviləsinin imzalanacağına dair məlumat yayıb. 

İranın Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Səid Xatibzadə bildirib ki, "Hərtərəfli Əməkdaşlıq Paktı"-nın layihəsi artıq yekunlaşıb və gələn ay imzalanacaq.

İran 7 ay əvvəl bu formatda bir əməkdaşlıq müqaviləsini Çinlə də imzalamışdı.

Tehranın Pekin və Moskva ilə inkişaf etmək istəyini ifadə edən Xatibzadə bildirib ki, indi İran, Çin və Rusiya arasında bir şərq oxu yaranır: "Son illərdə İranla Rusiya arasında əlaqələrin və strateji tərəfdaşlığın inkişafına diqqət yetirmək zərurəti ortaya çıxdı"

İran sentyabrda Rusiya və Çinin liderlik etdiyi Şanxay Əməkdaşlıq Təşkilatına da üzv kimi qəbul edilib. İran sentyabra qədər bu təşkilatda "müşahidəçi" statusunda idi. Son günlər İranla Azərbaycan arasında siyasi gərginlik yaşanır. Siyasi gərginliklərin fonunda İran və Rusiya xarici işlər nazirlərinin Moskvada görüşü baş tutub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun